Главная > Cəmiyyət / Manset > Abşeronda qohumlar arasında dava düşüb, hər ikisi xəstəxanalıq olub

Abşeronda qohumlar arasında dava düşüb, hər ikisi xəstəxanalıq olub


14-08-2021, 08:24. Разместил: azadses
Abşeron rayonunda qohumlar arasında dava baş verib.

“Report” xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Mübarizlə qohumu, 1962-ci il təvəllüdlü Nəsibov Sakit arasında əlbəyaxa dava düşüb.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı M.Məmmədova ənsə-alın və bel nahiyənin kəsilmiş yaraları, S.Nəsibova isə baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад