Главная > Cəmiyyət / Manset > Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub9-08-2021, 08:55. Разместил: azadses |
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, keçirilən növbəti belə tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Bundan başqa araşdırmalar zamanı piyadalara yol verməyən sürücülər ilə bərabər piyada keçidlərindən istifadə etməyən vətandaşlar da müəyyən edilərək barələrində qanunamüvafiq tədbir görülüb. Ümumilikdə 30-dan çox rayon sakini barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub. Вернуться назад |