Главная > Cəmiyyət / Manset > Eldəniz Səlimov polisə “Fəxr et ki, səni Milli Məclisin deputatı döyür” deyib - İDDİA

Eldəniz Səlimov polisə “Fəxr et ki, səni Milli Məclisin deputatı döyür” deyib - İDDİA


3-08-2021, 15:49. Разместил: azadses
Milli Məclisin iclasında Eldəniz Səlimovun toxnunulmazlığına xitam verilməsi məsələsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı həmkarı Eldəniz Səlimov haqqında yeni iddia səsləndirib.

Oxu.Az xəbər verir ki, F.Ağamalı Eldəniz Səlimovun polisi döyərkən belə bir ifadə işlətdiyini iddia edib:

“Eldəniz Səlimov polisi döyüb. Döyəndən sonra bildirib ki, sən fəxr et ki, səni Milli Məclisin deputatı döyür”, - deyə F.Ağamalı əlavə edib.

Qeyd edək ki, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Aqşin Kərimov


Вернуться назад