Главная > Cəmiyyət / Manset > Türkiyədə zəlzələ olub
Türkiyədə zəlzələ olub1-08-2021, 12:32. Разместил: azadses |
Egey dənizində 4.5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. Yeraltı təkanlar Türkiyənin Muğla vilayətinin Datça rayonunun sahillərinə yaxın ərazidə meydana gəlib. Ocağı dənizin 3.2 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. Вернуться назад |