Главная > Cəmiyyət / Manset > Mirsamir Məmmədov: "İsraildə Azərbaycan Ticarət və Turizm Nümayəndəliyinin açılması müttəfiqliyimizi daha da gücləndirəcək"

Mirsamir Məmmədov: "İsraildə Azərbaycan Ticarət və Turizm Nümayəndəliyinin açılması müttəfiqliyimizi daha da gücləndirəcək"


30-07-2021, 09:05. Разместил: azadses
İsraildə bu Ticarət və Turizm Nümayəndəliyin açılması ölkəmizin uğurudur. Əməkdaşlığın daha da dərinləşməsi və möhkəmlənməsi beynəlxalq yəhudi şirkətlərinin Azərbaycana investisiya yatırımını daha da artıracaq. Eyni zamanda münasibətlər daha da möhkəmlənəcək..
Bunu İsraildə Azərbaycanın Ticarət və Turizm Evinin açılmasından danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki‚
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə rəsmi səfəri Azərbaycanın iqtisadi və geosiyasi maraqları baxımından çox vacib və uğurlu bir səfərdir və ölkəmizin inkişafı yönündə böyük perspektivlər vəd edir. Göründüyü kimi‚ hörmətli nazir Mikayıl Cabbarov bir sıra uğurlu və perspektivli görüşlər keçirtdi. Ən önəmlisi isə İsrailin Təl-Əviv şəhərində Azərbaycan və İsrail Ticarət Evinin açılışı oldu. İsraildəki Azərbaycan Ticarət Nümayəndəliyinin açılışını Azərbaycan tərəfindən nazir Mikayıl Cabbarov və İsrailin tərəfindən isə İsrailin Turizm naziri Yoel Rozvazov birgə həyata keçirtdilər. Bu‚ İsraildə Azərbaycanın ilk rəsmi qurumunun nümayəndəliyidir və çox uğurlu bir addımdır. Bu Nümayəndəliyin açılması İsrail və Azərbaycan arasındakı münasibətləri daha dərinləşdirəcək. İqtisadi‚ siyasi‚ hərbi və təhlükəsizlik sahələrindəki əməkdaşılığa böyük təkan verəcək və müttəfiqliyimizi daha da gücləndirib möhkəmləndirəcək. Bu səbəbdən bu gün‚ İyulun 29-da Təl-Əviv şəhərində bu rəsmi Ticarət və Turizm Nümayəndəliyin açılması hər iki ölkənin Dövlət maraqları baxımından çox önəmli addımdır və xalqlararası münasibətlərin dərinləşməsinə böyük töhvə verəcək əlamatdar və tarixi bir hadisədir. Xalqlarımız‚ iş adamlarımız və ölkələrimiz bundan böyük yarar görəcək. İsrail birmənalı şəkildə Azərbaycana qardaş ölkədir. Yəhudi milləti hər zaman‚ bütün tarix boyu Azərbaycan xalqını qardaş gözündə görüb və ölkəmizi hər zaman doğma ölkə biliblər. Müstəqilliyimiz əldən olunandan indiyə qədər‚ 30 ildir ki‚ İsrail və bütün yəhudilər bütün dünya kürsülərində Azərbaycanı dəstəkləyir. Xüsusən 44 günlük ikinci Qarabağ müharibəsində İsrail dövləti və Yəhudi Lobbisi Azərbaycanı var qüvvəsilə dəstəklədi. Yəhudilər dünyanın hər yerində ermənilərlə Azərbaycana görə savaşdılar. Yəhudilər və İsrail dövləti Azərbaycanın ən səmimi‚ ən etibarlı və ən sədaqətli sadiq can dostudur. İsrail və yəhudilər Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə və xalq olaraq‚ Azərbaycanın müstəqilliyinin tanınmasını BMT Təhlükəsizlik Şurasına çıxaran və BMT T.Ş.-da müstəqilliyimizin tanınmasında əsas təşəbbüskarlıq göstərmiş və əmək sərf etmiş‚ 30 il boyu Azərbaycanı dəstəkləmiş‚ bütün münaqişələrdə Azərbaycanın yanında olmuş və öz yardımını göstərmiş ölkə olaraq öz qardaşlığını sübut etmiş bir ölkədir. Bizlər də hər zaman İsrailə və yəhudi millətinə qardaşıq. Hər zaman İsrailin və qardaş yəhudi xalqının yanındayıq. İsraildə yeni açılan Ticarət və Turizm Nümayəndəliyi də ölkələrimiz üçün xeyirli və uğurlu olsun! AMİN

Вернуться назад