Главная > Cəmiyyət / Manset > Mirsamir Məmmədov: "Ermənilər Fransa və İranın diktəsilə bölgədə terror yaratmağa çalışır"
Mirsamir Məmmədov: "Ermənilər Fransa və İranın diktəsilə bölgədə terror yaratmağa çalışır"27-07-2021, 07:56. Разместил: azadses |
Ermənilər qəsdən və məkrli şəkildə sərhədlərimizə təxribat xarakterli silahlı hücumlar edərək və Dövlət sərhədlərimizi atəşə tutaraq sülh danışıqlarından yayınmağa can atır.. Bunu erməni silahlı birləşmələrinin son günlər sərhədlərimizi atəşə tutmasından və sərhədlərimizə qarşı intensivləşən silahlı terror hücumlarından danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki‚ ermənilər‚ Fransa və qonşuluqdakı İran dövlətinin diktəsi və təlqinləri ilə mütamadi olaraq Azərbaycanın Dövlət sərhədlərini atəşə tutaraq təxribat törədir. Bu hal birmənalı olaraq terror əməlidir. Fransa və qonşuluqdakı İran dövləti erməniləri müharibəyə təhrik edərək bölgədə terror dalğası əsdirməyə‚ sabitliyi və təhlükəsizliyi pozmağa çalışırlar. ATƏT-in Minsq Qrupunun həmsədr ölkələri də son aylarda ciddi ermənipərəstlik etməkdədir. Rusiya və Fransanın mövqeyi aydın və başadüşülən olsa da‚ ABŞ-ın ermənipərəst mövqeyi qətiyyən başa düşülən deyil. Birləşmiş Ştatlar hökumətinin ermənipərəst mövqeyi‚ ABŞ səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycandakı Diplomatik korpusların və xarici ölkə səfirlərinin iştirakı ilə Şuşaya birgə təşkil etdiyi rəsmi səfərdən imtina etməsi və ABŞ-ın Azərbaycandakı səfirinin Şuşaya getməməsi Azərbaycan ictimaiyyətində həddsiz narazılıq və etiraz yaratdı. Bu hal Azərbaycan ictimaiyyətində‚ ermənilərə dəstək halı kimi xarakterizə olundu. Fransaya gəlincə‚ belə demək mümkünsə Fransa faktiki olaraq ikinci bir erməni dövlətidir. Əgər Fransa dövləti erməniləri bu qədər çox sevirsə‚ erməniləri Qafqazdan Avropaya‚ öz ərazisinə köçürtsün və öz ərazisində erməni dövləti yaratsın. Fransanın öz ərazisi böyükdür və orada bir neçə dənə erməni dövləti yaratmaq olar. Bizim ermənilərə veriləcək torpağımız yoxdur. Dövlətimizin başçısı da ifadə etdi ki‚ öz ərazilərində erməni dövləti ysratsınlar‚ Azərbaycanda yox. ermənipərəst dövlətlərin diktəsi ilə cəsarətlənən zavallı və daxildən çürümüş ermənistan bizim Dövlət sərhədlərimizi atəşə tutaraq sülh danışıqları proseslərindən yayınır. Ermənilərin Naxçıvan‚ Kəlbəcər və bir neçə yerdən Dövlət sərhədlərimizə təxribat və terror hücumu təşkil etməsi sülh danışıqları prosesindən yayınmaq cəhdidir. Sülh danışıqları prosesi ilk öncə qonşuluqdakı İran dövlətinə sərf etmir və bu səbəbdən erməniləri silahlandıraraq Azərbaycanın Dövlət sərhədlərinə və sərhəddə dayanan əsgərlərimizə atəş açdırır‚ terror hücumları həyata keçirtdirir. Ermənilərin bu terror əməlləri nəticəsində Naxçıvanda bir əsgərimiz yaralanıb‚ Kəlbəcərdə isə bir əsgərimiz xain erməni gülləsi ilə şəhid olub. Bu‚ birmənalı olaraq terror aktıdır. Ermənilərin teror və təxribat əməllərinin arxasında birbaşa Fransa və İran dövləti dayanır. Hər iki ermənipərəst məkrli dövlət bölgədə sabitliyi pozmaqda‚ terror hadisəsi törətməkdə‚ milli və irqi zəmində münaqişə yaratmaqda birmənalı şəkildə günahkardır. Вернуться назад |