Главная > Cəmiyyət / Manset > Bakı və Cəlilabadda avtomobil yanıb

Bakı və Cəlilabadda avtomobil yanıb


21-07-2021, 09:57. Разместил: azadses
Bakı şəhərinin Yasamal rayonunda “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.

Cəlilabad rayonunda isə “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi və kabinası yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад