Главная > Cəmiyyət / Manset > Ucarda güclü yanğın: İki avtomobil və tikili yanıb

Ucarda güclü yanğın: İki avtomobil və tikili yanıb


19-07-2021, 18:28. Разместил: azadses
Ucarda baş verən yanğında iki avtomobil yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ucar rayonunda ümumi sahəsi 150 kvadratmetr olan talvarın yanar konstruksiyaları, orada olan “Mercedes” markalı minik avtomobilinin yük hissəsi, “Hyundai” markalı minik avtomobilinin yanar hissələri, 33 ədəd məişət avadanlığı (paltaryuyan maşın və soyuducu), mebel dəsti, iki kvadratmetr taxta və 500 kq buğda yanıb.

Avtomobilin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Вернуться назад