Главная > Cəmiyyət > SSRİ-nin ən məşhur konfetini yaradan qadın öldü
SSRİ-nin ən məşhur konfetini yaradan qadın öldü24-04-2020, 10:31. Разместил: azadses |
SSRİ dövrünün ən məşhur şirniyyatlarından biri olan “Quş südü” (“Ptiçiye moloko”) konfetinin yaradıcısı Anna Çuloka dünyasını dəyişib. O, 87 yaşında Rusiyanın Valdivostok şəhərində vəfat edib. Qeyd edək ki, Anna Çulkoa 1934-cü il fevralın 22-də Rusiyanın Ryazan vilayətinin Terodey kəndində anadan olub. 1940-cı ildə SSRİ-nin köçürmə proqramı əsasında ailəsi ilə birlikdə Uzaq Şərqə miqrasiya ediblər. Çuloka 16 yaşından Vladivostok şirniyyat zavodunda çalışıb. 1967-ci ildə onun rəhbərliyi ilə "Quş südü"nün resepti hazırlanıb. Bu əməyinə görə, o "Lenin" ordeni ilə təltif edilib. Anna Fedorovna həmçinin şokolad vaflili tort "Meçta","Kometa", "Meteorit" kimi şirniyyatların da müəllifidir. Вернуться назад |