Главная > Cəmiyyət / Manset > ANS TV yeni adla efirə qayıtmağa hazırlaşır - AÇIQLAMA
ANS TV yeni adla efirə qayıtmağa hazırlaşır - AÇIQLAMA14-07-2021, 18:03. Разместил: azadses |
Ümumrespublika televiziya kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb. MTRŞ-dan verilən məlumata görə, müsabiqəyə altı iddiaçı sənədlərini təqdim edib. Bunlar “APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İstipress” MMC, “Medical Media” MMC-dir. Modern.az saytına məlum olub ki, ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər. ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı Modern.az-a təsdiqləyib. S.Həsənova müsabiqənin obyektiv keçəcəyi təqdirdə qalib gələcəklərinə inandıqlarını deyib: “Bu müsabiqədə bizim “İstipress” MMC, “İNS ÇM” MMC və “Balans Studiyası” MMC də iştirak edir. Bütün lazımi sənədləri təqdim etmişik. Artıq bildiyiniz kimi, bu şirkətlərin adları MTRŞ-nın səhifəsində də yayımlanıb. Əminik ki, müsabiqə obyektiv keçəcək və belə olan təqdirdə biz qalib gələcəyik!”. Qeyd edək ki, MTRŞ-nin müsabiqəsinə qatılan “İstipress” MMC, “İNS ÇM” MMC və “Balans Studiyası” MMC-yə ANS Şirkətlər Qrupunun sahibləri Vahid və Seyfulla Mustafayev qardaşları rəhbərlik edirlər. Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib. Вернуться назад |