Главная > Cəmiyyət / Manset > Bakıda üç avtomobil toqquşdu

Bakıda üç avtomobil toqquşdu


13-07-2021, 19:02. Разместил: azadses
Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zivərbəy Əhmədbəyov küçəsində qeydə alınıb.

Qəza zamanı Musa Əsgərovun idarə etdiyi “Hyundai” markalı avtomobil əvvəlcə VAZ-2109 markalı nəqliyyat vasitəsinə, daha sonra Məhəmməd Fərzəliyevin idarə etdiyi “Land Rover” markalı maşına çırpılıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.


Вернуться назад