Главная > Cəmiyyət / Manset > “Semaşko”dan xəstəxanada işləməyən cihazlarla bağlı AÇIQLAMA - YENİLƏNİB
“Semaşko”dan xəstəxanada işləməyən cihazlarla bağlı AÇIQLAMA - YENİLƏNİB12-07-2021, 18:15. Разместил: azadses |
Səhiyyə Nazirliyi 1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlərin olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Belə ki, Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sözügedən problem müşahidə edilən ilk gündən zəruri tədbirlər görülüb: “Bu məsələ ilə bağlı cihazda problem yarandığı gündən nasazlıq müşahidə edilən böyük ehtiyat hissə İnovasiya və Təchizat Mərkəzi tərəfindən sifariş olunub. Qarşıdakı bir həftə ərzində cihazdakı problem tam aradan qaldırılacaq. Eyni zamanda cihaza baxış keçirilməsi üçün Türkiyədən həmin sahə üzrə mütəxəssis də dəvət edilib”. Könül Cəfərli 11:22 1 saylı Kliniki Tibbi Mərkəzdəki (Semaşko) tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb. Bu barədə “Report”a orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib. Taksikoloji-kimyəvi müayinələrin aparılması üçün istifadədə olan tibbi avadanlığın işlək olmaması xəstələr (onlar daha çox böyrək və qaraciyər köçürülmüş pasiyentlərdir) arasında narazılıqla qarşılanıb. Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihaz hələ daha bir müddət işləməyəcək. 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, sözügedən aparat bir müddətdir fəaliyyətini dayandırıb. Qeyd olunub ki, bu, cihazın ehtiyat hissələrində yaranmış nasazlıqla əlaqədardır. Həmçinin bildirilib ki, artıq avadanlığın dəyişilməsinə zəruri olan detalların xarici ölkədən gətirilməsi üçün sifariş edilib: “Biz də gözləyirik, bu həftəyə və yaxud gələn həftəyə gəlməlidir. Bu cihazlar bahalıdır və ehtiyat hissələri də xaricdən gətirilir. Ona görə də buna zaman lazımdır”. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəz TƏBİB-in tabeliyində olsa da, xəstəxanadakı laboratoriya onların tabeliyində deyil. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilib. Səhiyyə Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Qeyd edək ki, bu ilin aprel ayında “Semaşko”nun direktoru İlham Qafarov işdən çıxarılıb. Yeni direktor vəzifəsinə isə Könül Ələkbərov təyin olunub. Вернуться назад |