Главная > Cəmiyyət / Manset > Qonaq getdiyi evdən külli miqdarda pul oğurlayan şəxs saxlanıldı
Qonaq getdiyi evdən külli miqdarda pul oğurlayan şəxs saxlanıldı12-07-2021, 17:32. Разместил: azadses |
Qəbələ Rayon Polis Şöbəsinə Zarağan kəndində yerləşən evlərin birindən 13 min manat pulun oğurlanması barədə müraciət daxil olub. Daxili İşlə Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Amil Süleymanov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, oğurluq etdiyi evdə qonaq olan A.Süleymanov cinayəti törətdikdən sonra Bakı şəhərinə üz tutub və 13 min manatı burada bir neçə günə öz əyləncəsi üçün xərcləyib. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır. Вернуться назад |