Главная > Cəmiyyət / Manset > Qubada motosikletçini vuran avtomobil sürücüsü hadisə yerindən qaçdı

Qubada motosikletçini vuran avtomobil sürücüsü hadisə yerindən qaçdı


10-07-2021, 09:48. Разместил: azadses
Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Fətəli Xan küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən, motosikletə arxadan çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Motosikletin sürücüsü dəbilqədən istifadə etdiyindən yüngül xəsarətlər alıb.

Yaralı Quba Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад