Главная > Cəmiyyət > Tovuzda avtomobil aşıb, sürücü ağır xəsarət alıb

Tovuzda avtomobil aşıb, sürücü ağır xəsarət alıb


9-07-2021, 15:39. Разместил: azadses
Tovuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Вернуться назад