Главная > Cəmiyyət / Manset > Salyanda 20 yaşlı gənci avtomobil vurdu, vəziyyəti ağırdır
Salyanda 20 yaşlı gənci avtomobil vurdu, vəziyyəti ağırdır9-07-2021, 15:02. Разместил: azadses |
Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Salyan rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Qurbanov İxtiyar Arif oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüklərinin sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |