Главная > Cəmiyyət / Manset > İctimai Birlik sədri: Yeni yaşın mübarək, QHT.az!
İctimai Birlik sədri: Yeni yaşın mübarək, QHT.az!8-07-2021, 13:52. Разместил: azadses |
Əsas məqsədi vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarının çoxşaxəli fəaliyyətini işıqlandırmaqdan, dolğun və məzmunlu şəkildə geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan, ölkə əhalisini QHT-lərin məqsəd və vəzifələri, gördükləri işlər barədə məlumatlandırmaq və maarifləndirməkdən, bu təşkilatların ölkənin ictimai və siyasi, sosial və mədəni həyatı ilə bağlı mövqelərini cəmiyyətə catdırmaqdan ibarət olan QHT.az saytının 6 yaşı tamam olur. Sosial media məkanında özünəməxsus yer tutan, həm mövzu seçimi, həm də üslub baxımından öz dəst-xətti ilə seçilən, informasiyanın yığımı, emalı və ötürülməsində çevikliyi və dəqiqliyi ilə fərqlənən sayt şəbəkə istifadəçilərini düşündürən aktual mövzulara toxunmaqla qısa müddət ərzində geniş auditoriyaya malik xəbər portalına çevrilib. Ölkəmizdə fəaliyyət göstərən bir çox QHT-lər kimi, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi də həyata keçirdiyi sosial layihələr, təşkil etdiyi mədəni-kütləvi tədbirlər, xeyriyyə aksiyaları barədə məlumatları geniş ictimaiyyətə ilk növbədə hər bir müraciətə diqqətlə yanaşan QHT.az saytı vasitəsilə çatdırır. İctimai təşkilatlarla əhali, sosial qruplar və ayrı-ayrı fərdlər arasında “virtual körpüyə” çevrilmiş və vətəndaş cəmiyyətinin “ruporu” missiyasını cəsarətlə öz üzərinə götürmüş bu saytın yaradıcı kollektivini təbrik edir, dövlətimizin möhkəmlənməsi, xalqımızın rifahı və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı naminə şərəfli və gərəkli fəaliyyətində yeni uğurlar arzulayıram! Yeni yaşın mübarək, QHT.az! Ruhiyyə Məmmədova, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Вернуться назад |