Главная > Cəmiyyət / Manset > Xəzər dənizində 43 yaşlı kişi batdı

Xəzər dənizində 43 yaşlı kişi batdı


8-07-2021, 16:21. Разместил: azadses
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən “Report”a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1978-ci il təvəllüdlü Namazəliyev Məhərrəm Famil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Вернуться назад