Главная > Cəmiyyət > Sabah güclü yağışa hazır olun

Sabah güclü yağışa hazır olun


22-04-2020, 14:33. Разместил: azadses
Bəzi rayonlarda isə intensiv qar gözlənilir
Sabah ölkə ərazisində yağmurlu hava olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 23-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şmal-qərb küləyi əsəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda  gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.
Aprelin 23-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu  gecə  6-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti olacaq.




Вернуться назад