Главная > Cəmiyyət / Manset > AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib
AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib4-07-2021, 16:11. Разместил: azadses |
Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib. "Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub. Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək. Вернуться назад |