Главная > Cəmiyyət / Manset > Bakıda liseyə görkəmli alimimizin adı verildi - QƏRAR

Bakıda liseyə görkəmli alimimizin adı verildi - QƏRAR


30-06-2021, 15:36. Разместил: azadses
Baş nazir Əli Əsədov görkəmli elm xadimi Lütfi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütfi Zadənin adı verilib.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütfi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.


Вернуться назад