Главная > Cəmiyyət / Manset > Xəzər rayonunda avtomobil 10 yaşlı yeniyetməni vurdu
Xəzər rayonunda avtomobil 10 yaşlı yeniyetməni vurdu29-06-2021, 08:55. Разместил: azadses |
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində 2011-ci il təvəllüdlü Məmmədli Yusif Ağa oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz oynağının əziyi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |