Главная > Cəmiyyət > Keçmiş MTN generalı Çovdarovun azadlıqda ilk FOTOsu
Keçmiş MTN generalı Çovdarovun azadlıqda ilk FOTOsu22-04-2020, 09:55. Разместил: azadses |
"Məni bütün media qatı cinayətkar elan etmişdi, amma mən Akif Çovdarovam…" Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun azadlıqdakı görüntüsü yayılıb. Azadsəs-in məlumatına görə, Çovdarov "gununsesi.org"a açıqlamasında azadlığa buraxıldığı üçün dövlətbaşçısına təşəkkür edib. "İndi hamı ağlına nə gəldi, yazır. Mən bunlardan narahat olmuram. Məni bütün media qatı cinayətkar elan etmişdi. Olsun, bir söz demirəm. Amma mən Akif Çovdarovam… Bir gün geniş söhbət edərik, siz də yazarsınız. Başqa bir şey danışmaq istəmirəm”. Xatırladaq ki, A.Çovdarov, o cümlədən yaşı 65-i keçən bir qrup məhkum prezident İlham Əliyev tərəfindən 6 apreldə imzalanan əfv fərmanı ilə azadlığa buraxılıb. Məhkumlar xüsusi karantin rejimində qaldıqdan sonra evə buraxılıblar. A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu. Вернуться назад |