Главная > Cəmiyyət > Bakıda taksi polisi və hərbçini vurdu

Bakıda taksi polisi və hərbçini vurdu


21-04-2020, 12:57. Разместил: azadses
Karantin rejimi ilə əlaqədar quraşdırılmış postda baş verib
Bakıda yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, aprelin 19-u saat 22 radələrində xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.
Onlar DİN-in Hospitalına yerləşdiriliblər.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.
Вернуться назад