Главная > Cəmiyyət / Manset > Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu

Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu


21-06-2021, 19:07. Разместил: azadses
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

“Azərsu” ASC-nin binası qarşısında yolu keçən 62 yaşlı Əhmədov Bəhruz Mustafa oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, B.Əhmədov 5 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimidir.

Hadisənin təfərrüatı araşdırılır.


Вернуться назад