Главная > Cəmiyyət / Manset > Kimlər “Sputnik V” vurdura bilməz? - Rusiyalı mikrobioloqdan AÇIQLAMA

Kimlər “Sputnik V” vurdura bilməz? - Rusiyalı mikrobioloqdan AÇIQLAMA


20-06-2021, 09:03. Разместил: azadses
Övrə, konyuktivit və kəskin mərhələdə digər hər hansı bir xəstəliyi olan şəxslərə “Sputnik V” peyvəndi vurula bilməz.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.

Onun sözlərinə görə, hər hansı bir kəskin vəziyyət peyvənd üçün əks göstərişdir.

“Patoloji ürək xəstələri ilk növbədə vaksinasiya edilməlidir, çünki yoluxduqları təqdirdə onlar və şəkərli diabet xəstələri ilk risk qrupuna daxildirlər”, - de Qintsburq bildirib.

O qeyd edib ki, bronxial astma və hepatit C peyvənddən imtina üçün əsas deyil.

Həkimin sözlərinə görə, kimyoterapiya keçməyən remissiyası olan xərçəng xəstələri də vaksinasiya oluna bilər.


Вернуться назад