Главная > Cəmiyyət / Manset > Üç nəfər dənizdə batmaqdan xilas edilib – Biri azyaşlıdır

Üç nəfər dənizdə batmaqdan xilas edilib – Biri azyaşlıdır


20-06-2021, 07:52. Разместил: azadses
Xəzərdə batma təhlükəsi ilə üzləşən üç nəfər xilas olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Pirşağı” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində və “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən biri azyaşlı olmaqla üç nəfər xilas olunub.


Вернуться назад