Главная > Cəmiyyət > Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır
Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır9-06-2021, 10:56. Разместил: azadses |
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Yolu keçən 2010-cu il təvəllüdlü Mirzəyev Əbəlfəz Tərlan oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub. 11 yaşlı uşağın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |