Главная > Cəmiyyət / Manset > Mirsamir Məmmədov: "Beynəlxalq təşkilatlar və vasitəçi ölkələr Ermənistana təzyiq edərək mina terrorunu dayandırmalıdırlar"

Mirsamir Məmmədov: "Beynəlxalq təşkilatlar və vasitəçi ölkələr Ermənistana təzyiq edərək mina terrorunu dayandırmalıdırlar"


7-06-2021, 14:53. Разместил: azadses
Mina terroru ermənilərin hər zaman Azərbaycana qarşı xəbis və naqis düşüncədən‚ terror və qanlı cinayətlərdən əl çəkməyəcəyini göstərir..

Bunu mətbuata açıqlamasında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistlərimizin minaya düşərək həlak olmasından danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib. M. Məmmədov qeyd edib ki‚
Kəlbəcər rayonu ərazisində jurnalistlərimizin və mülki şəxslərin minaya düşərək həlak olması‚ bir daha onu göstərir ki‚ işğaldan azad edilən ərazilərdə hərəkət etmək son dərəcə təhlükəlidir. Bu hal‚ hər tərəfin minalı olduğunu göstərir. Bu ərazilərin minalanması və minalanmış yerlərin xəritəsinin bütün təkidli istəmələrə bxmayaraq Azərbaycana verilməməsi hər biri özlüyündə ermənistanın bir terror dövləti olmasını və Azərbaycana qarşı terror siyasətinin davam etdirildiyini göstərir. Bu hal ağır cinayət aktıdır. Ermənistan bütün beynəlxalq hüquq normalarını pozmaqda və beynəlxalq hüquq qanunlarını ayaqlamaqdadır.
Ermənistanın bu cinayəti birmənalı olaraq terrot aktıdır. Bu terror əməlində bütün fundamental insan haqqları qanunları pozulur. Ermənilərin mina terroru onu göstərir ki‚ ermənistan dövləti Azərbaycana qarşı terror siyasətini yeritməklə eyni zamanda bilavasitə Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş addımlar atmağa çalışır. Əvvəla mina partlayışı mütamadi işlənilən yolda baş verib ki‚ bu da minanın yeni basdırıldığını göstərir. Belə çıxır ki‚ erməni kəşfiyyat-diversiya dəstələri gecə gələrək bu işlək əraziləri minalayıblar. Bu ağır cinayət halıdır və terror aktıdır. ermənilər qəsdən və məqsədli şəkildə bölgədə sülhü pozmağa çalışırlar. Beynəlxalq təşkilatlar və Qarabağ məsələsində vasitəçi ölkələr və təsisatlar ermənistana təzyiq göstərərək mina terrorundan əl çəkməyə çağırmalıdırlar. Eyni zamanda minalanmış ərazilərin xəritəsi Azərbaycana verilməlidir. Beynəlxalq insan haqqlarının müdafiəsi ilə məşğul olan təsisat və institutlar ermənistana təzyiq edərək Azərbaycan ərazilərinə qarşı terror əməlindən çəkindirməlidirlər.

Вернуться назад