Главная > Cəmiyyət / Manset > Beyin şişlərinin müalicəsində ən yaxşı texnologiyalar
Beyin şişlərinin müalicəsində ən yaxşı texnologiyalar7-06-2021, 19:30. Разместил: azadses |
Davamlı inkişaf edən “Acıbadem” klinikasının mütəxəssisləri, çətin yerlərdə olan beyin şişlərinin mürəkkəb hallarının müalicəsində əla nəticələr əldə etdilər. 15 il əvvəl beyin əməliyyatından sonra ağırlaşma riski yüzdə 10-15 idisə, bu gün yalnız yüzdə ikidir. “Acıbadem” klinikasının aparıcı mütəxəssisi, dünyaca məşhur neyrocərrah, professor İlhan Elmacı deyir: “Müalicənin müvəffəqiyyəti ən azı 10 mütəxəssisdən ibarət təcrübəli bir komandaya bağlıdır. Hazırda şişlərin müalicəsini mikroskop, endoskop və ya neyromonitorinq olmadan təsəvvür etmək mümkün deyil. Həkim komandasına dəqiqliyi artıran inkişaf etmiş texnologiya da kömək edir”. Yeni texnologiyalar köməyə gəlir Beyin şişlərinin müalicəsində, neyrocərrahlar, neyromonitorinq mütəxəssisləri, neyrobioloqlar, neyroanestezioloqlar və texniki dəstək mütəxəssislərini əhatə edən həkimlər komandası iştirak edir. Onların bilikləri və təcrübələri bizə ən çətin problemlərin öhdəsindən gəlməyə, xəstəliklə mübarizədə qalib çıxmağa imkan verir. Doğru diaqnoz qoymaq üçün “Acıbadem” klinikasının mütəxəssisləri problemi ilk mərhələdə müəyyənləşdirməyə imkan verən müasir diaqnostik vasitələrdən istifadə edirlər. Cərrahi müdaxilədə qabaqcıl metodikalardan mikroskop, neyroendoskop, intraoperativ tomoqrafiya, intraoperativ maqnetik rezonans, neyromonitorinq istifadə olunur. “Acıbadem” klinikası, qabaqcıl texnologiyalardan istifadə edən mürəkkəb işlərin öhdəsindən uğurla gəlir: Gamma Knife, Cyber Knife və MR Linac. Mərkəzi sinir sistemindəki (beyin, onurğa, sümük iliyi) bütün cərrahi müdaxilələrdə mikro cərrahiyyə istifadəsi sayəsində müalicə vizualizasiyasının maksimum dəqiqliyi təmin edilir. Neyromonitorinqin tətbiqi Professor İlhan Elmacı, cərrahiyyə otağında xəstənin anesteziya altında olub-olmamasından asılı olmayaraq, beynin elektrik fəaliyyətinin davamlı qiymətləndirildiyini izah edərək neyromonitorinq üzərində dayanır. Paralel olaraq, neyroradioloji tədqiqatlar aparılır, bədəndəki həyati funksiyalardan məsul olan sahələrin yerini dəqiq müəyyənləşdirməyə, bütövlükdə beynin işini qiymətləndirməyə kömək edir. Hər bir insanın beyni müəyyən xüsusiyyətlərə malikdir, həkim əməliyyatdan əvvəl onları qiymətləndirməlidir. Yeni texnologiyalar, xüsusi proqramların istifadəsi bunu etməyə imkan verir. Neyroradioloqlar, bədənin müxtəlif funksiyalarından hansının məsul olduğunu dəqiq müəyyən edə, şişin yerini təyin edə bilərlər. Alınan məlumatlara əsasən, hər bir fərdi vəziyyətdə əməliyyatı asanlaşdıran bir analiz aparılır. Neyromonitorinq sayəsində beynin gözlə görülə bilməyən incə quruluşlarına zərər vermə riski əhəmiyyətli dərəcədə azalır. “Acıbadem”in Neyrocərrahiyyədə Güclü tərəfləri Dr. İlhan Elmaci vurğulayır ki, “Acıbadem” klinikasında beyin şişi olan xəstələrin müalicəsi bəzi digər klinikalarından fərqli olaraq bir mütəxəssis (onkoloqa və ya rentgenoloqa) deyil mütəxəssis qrupu tərəfindən aparılır, yəni vəziyyət əvvəldən hərtərəfli qiymətləndirilir, “addım-addım”, müasir texnologiyalardan istifadə olunur və bununla da maksimum müvəffəqiyyət təmin edilir. Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir. Tel.: +994 12 595 96 81. Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/ Вернуться назад |