Главная > Cəmiyyət / Manset > Lənkəranda 20 yaşlı gənc yol qəzasında agır yaralandı
Lənkəranda 20 yaşlı gənc yol qəzasında agır yaralandı6-06-2021, 13:02. Разместил: azadses |
Lənkəran şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Kazımzadə Tamerlan Camal oğlu xəsarət alıb. Yaralı əvvəlcə Lənkəran Şəhər Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |