Главная > Cəmiyyət / Manset > Rafael Cəbrayılovun cinayət işində “Şərurlu İsfəndiyar”ın adı hallanır

Rafael Cəbrayılovun cinayət işində “Şərurlu İsfəndiyar”ın adı hallanır


5-06-2021, 12:28. Разместил: azadses
Milli Məclisinin sabiq deputatı Rafael Kamil oğlu Cəbrayılovun cinayət işində zərərçəkmiş şəxslərdən biri məşhur iş adamıdır.

“Report”un xəbərinə görə, həmin şəxs “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.

Qeyd edək ki, İ.Axundovun adı zaman-zaman mətbuatda qalmaqallarda çəkilib. O, dələduzluq ittihamları və övladlarının lüks həyatı və s. ilə gündəmə gəlib.

Xatırladaq ki, R.Cəbrayılov öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb. Onun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Вернуться назад