Главная > Cəmiyyət / Manset > Azərbaycanda sabiq məmura cinayət işi açıldı
Azərbaycanda sabiq məmura cinayət işi açıldı5-06-2021, 11:43. Разместил: azadses |
Sabirabad rayonu Minbaşı bələdiyyəsinin sabiq sədri Qocayev Urufulla Yadulla oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu cinayət başında yaxalanaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, aparılan əməliyyat-istintaq tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Urufulla Qocayevin kəndin ərazisində yerləşən 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29 il müddətinə icarəyə verməsi, 0,12 hektar torpaq sahəsinin satılmasının təmin etməsi və həmin torpaq sahəsində tikinti işlərinin həyata keçirilməsinə ümumi himayədarlıq göstərilməsinə görə 12 min manat məbləğində pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Urfulla Qocayev 3 iyun 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. Вернуться назад |