Главная > Cəmiyyət / Manset > Kinoloqdan itlə düzgün rəftar etmək üçün tövsiyələr
Kinoloqdan itlə düzgün rəftar etmək üçün tövsiyələr4-06-2021, 10:00. Разместил: azadses |
Əgər it qaçaraq üstünüzə gəlirsə, düz durmaq və tərpənməmək lazımdır. Qışqırmaq, əl-qol ataraq qaçmaq, itə baxmaq (həyəcanlı baxışı təhlükə kimi qiymətləndirə bilər) olmaz. “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Kinoloqlar Federasiyasının prezidenti Vladimir Qolubev xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, yetkinlər uşaqlara heyvanlarla təhlükəsiz ünsiyyəti öyrətməlidir. “Hətta öz ailələrində omasa belə, uşaq başqalarının ev heyvanları ilə necə davranmalı olduğunu, fövqəladə vəziyyətdə nə edəcəyini bilməlidir. Bəzən hətta sevimli ev heyvanı belə onunla davranış sərhədlərinin pozulduğu, ya da narahat edildiyi üçün uşağı dişləyə bilər. Uşaqlara itlə ünsiyyət yol hərəkət qaydaları kimi öyrədilməlidir”, - deyə Qolubev bildirib. Ekspertin fikrincə, başqasının iti ilə ilk görüşdə uşaq mütləq sahibindən icazə istəməli və heyvanın ünsiyyət qura bildiiyinə əmin olmalıdır: “Sahibi icazə verdiyi təqdirdə itə yaxınlaşmalı və iyləməsi üçün ovucunu irəli uzatmalıdır. İt kontakta girərsə yavaşca onun çənəsinin altını, sinəsini və boğazını qaşımaq olar”. Qolubev uşağa itlərin bədən dili ilə göndərdiyi siqnalların öyrədilməsinin vacibliyini qeyd edib. “İt yalanır, əsnəyir və ya gözlərini yumursa, başını, yaxud bütün bədənini çevirirsə bu narahatlıq əlamətidir. Bu vaxt iti sakit buraxmalı, heç bir halda qucaqlamağa və ya oynamağa məcbur edilməməlidir”, - deyə mütəxəssis vurğulayıb. Вернуться назад |