Главная > Cəmiyyət > 2020-ci ildə Azərbaycanda rekord sayda “Mazda” satıldı

2020-ci ildə Azərbaycanda rekord sayda “Mazda” satıldı


3-06-2021, 18:12. Разместил: azadses
2020-ci ildə “Mazda” Azərbaycan rekord sayda satış edib. Rəsmi distribüter “Mazda” Azərbaycan bu uğura görə ilk növbədə “Mazda”nı seçən çoxsaylı alıcılara xüsusi təşəkkürünü bildirib. “Mazda” Azərbaycanın nümayəndəsi Fuad Qəhrəmanov bu yüksək satış göstəriciləri və qazandıqları mükafatla bağlı fikirlərini bizimlə bölüşüb:

“Xüsusilə COVID-19 pandemiyasının hər sahədə çətinliklər yaratdığı bir dövrdə satış həcminin artırılmasına görə “Motor Corporation” tərəfindən “Volume Increase Award” mükafatına layiq görülmüşük. Qeyd edək ki, bu mükafat “Mazda Distributor Commendation Program 2020” qlobal proqramı çərçivəsində verilir. Biz hər zövqə və tələbə uyğun modellər təklif edərək ölkəmizdə “Mazda” brendinə olan marağı daima canlı saxlamağa çalışırıq. Görünür ki, əsas məqsədimizə nail olmuşuq. Bu mükafat alıcıların “Mazda” Azərbaycana etibarını bir daha sübut edir və onların dəstəyinin nəticəsi olduğuna görə bizim üçün xüsusi əhəmiyyət daşıyır. Buna görə də “Mazda” avtomobillərini seçən hər kəsə təşəkkürümüzü bildiririk. Bu qobal mükafat bizim birgə uğurumuzdur”.


Вернуться назад