Главная > Cəmiyyət / Manset > Qəzetlərə dəstək layihəsi elan edildi - ŞƏRTLƏR
Qəzetlərə dəstək layihəsi elan edildi - ŞƏRTLƏR1-06-2021, 18:23. Разместил: azadses |
Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib. Bu barədə Agentlik məlumat yayıb. Müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir. Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər son bir il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır; təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır; təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır, həmçinin bir sıra digər kriteriyalara cavab verməlidir. Qəzet nömrələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir. Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir. Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir. Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat məbləğində vəsait ayrılır. Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyələşdirilən hər nömrədə (həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər isə həftədə beş dəfə olmaqla) Qaydalarda göstərilən sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin dərc olunmasını təmin edirlər. Maliyyə yardımından istifadə Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir. Maliyyə yardımına əlavə Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur; Müraciətlərin qəbulu 01 iyun 2021-ci il tarixindən 11 iyun 2021-ci il saat 18:00-dək həyata keçirilir. Вернуться назад |