Главная > Cəmiyyət / Manset > Sabah külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

Sabah külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ


1-06-2021, 16:35. Разместил: azadses
Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.


Вернуться назад