Главная > Cəmiyyət / Manset > Çernobıl faciəsinə görə əlilliyin müəyyən edilməsi kriteriyaları dəyişdirilir
Çernobıl faciəsinə görə əlilliyin müəyyən edilməsi kriteriyaları dəyişdirilir1-06-2021, 12:52. Разместил: azadses |
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanunda əlilliyin müəyyən edilməsi qaydalarına dəyişiklik təklif olunur. Oxu.Az-ın məlumatına görə, layihəyə əsasən, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəz edilir. “II dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri isə “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənir. “III dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənməsi təklif olunur. Layihə parlamentin növbədənkənar sessiyalarında müzakirəyə çıxarılacaq. Aqşin Kərimov Вернуться назад |