Главная > Cəmiyyət > Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb

Lənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb


26-05-2021, 18:48. Разместил: azadses
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ana ölümü qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, dünən axşam saatlarında qeysəriyyə əməliyyatı keçirən Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə səhər saatlarında dünyasını dəyişib. Uşağın vəziyyəti normal qiymətləndirilir.

F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində vəfat etdiyini iddia edirlər.

Mərhumun yeni doğulan körpədən başqa 5 və 4 yaşlarında uşaqları var.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva


Вернуться назад