Главная > Cəmiyyət / Manset > DİM-in keçirdiyi imtahanlarında kimlər ödənişsiz iştirak edə bilər? - RƏSMİ

DİM-in keçirdiyi imtahanlarında kimlər ödənişsiz iştirak edə bilər? - RƏSMİ


26-05-2021, 16:12. Разместил: azadses
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət etmiş şəxslərlə yanaşı, aşağıdakı beş kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında iştirakı da dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir”.

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, aşağıdakı qrup şəxslər imtahanlarda ödənişsiz iştirak edəcək:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş usşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

“Yuxarıda qeyd olunan beş kateqoriyaya aid abituriyentlər bu imtiyazdan istifadə etmək üçün “Abituriyentin elektron ərizəsi” formasını doldurmamışdan əvvəl DİM tərəfindən yaradılmış “Müvafiq sərəncamla müsabiqədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlərin qeydiyyatı sistemi” vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu abituriyentlər verilmiş keçiddə “Şəxsi kabinet”in istifadəçi adı və parolunu daxil edib “Qeydiyyata al” düyməsini basmalıdırlar. “Qeydiyyata al” düyməsini basdıqdan sonra sistem avtomatik olaraq müvafiq dövlət orqanının məlumat bazasından vətəndaşın statusu haqqında məlumatı tapır və ekranda bu barədə bildiriş göstərilir.

Abituriyent yalnız bundan sonra ödənişsiz imtahan vermək imkanına malik olur və “Abituriyentin elektron ərizəsi” formasının doldurulması və təsdiqi zamanı vəsait tələb olunmur. Əgər müvafiq dövlət orqanının elektron bazasında vətəndaş haqqında lazımi informasiya yoxdursa, sistem məlumatın tapılmaması haqqında bildiriş verir. Bu halda abituriyentlər müvafiq dövlət orqanına müraciət etməlidirlər”.

İlhamə Əbülfət


Вернуться назад