Главная > Cəmiyyət / Manset > Ali məktəblərə qəbul imtahanının tarixi nə vaxt açıqlanacaq?

Ali məktəblərə qəbul imtahanının tarixi nə vaxt açıqlanacaq?


26-05-2021, 15:23. Разместил: azadses
“Gələn həftə orta ixtisas təhsili müəssisələrinə qəbul və əvvəlki illərin məzunlarının buraxılış imtahanından sonra ali məktəblərə qəbul imtahanının tarixini elan edəcəyik”.

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, imtahan tarixləri operativ qərargahın karantin rejimi ilə bağlı qərarlarına uyğun təsdiq olunacaq:

“Nə qədər şəxsin sənəd verəcəyini yalnız sənəd qəbulu bitəndən sonra biləcəyik”.

İlhamə Əbülfət


Вернуться назад