Главная > Cəmiyyət / Manset > QHT sədri bu dəfə “Gündəmin gündəliyi” ilə görüşünüzə gəlib
QHT sədri bu dəfə “Gündəmin gündəliyi” ilə görüşünüzə gəlib26-05-2021, 09:03. Разместил: azadses |
“Cari ilin may ayında təsisçisi və sədri olduğum “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin 7 yaşı tamam oldu. Bu illər ərzində vətəndaş cəmiyyətinin üzvü qismində həssas əhali qrupuna aid olan yaşlı insanların sosial problemlərinin həllində dövlətimizə yardımçı olmağa çalışdıq, minlərlə ahıl və tənha insanlarla görüşdük, onlara mənəvi dayaq olduq, maddi yardım göstərdik, yüzlərlə xeyriyyə tədbiri, seminarlar və dəyirmi masalar, sərgilər və ekskursiyalar keçirdik.” Bu fikirləri Ahıllara və tənhalara dəstək ictimai birliyi sədri Ruhiyyə Məmmədova sosial şəbəkə hesabında açıqlayıb: “Fəaliyyətimizin qısa xronikasını ictimaiyyətə təqdim etmək niyyəti ümumbəşəri bəlaya çevrilmiş yeni koronovirus pandemiyası ilə əlaqədar hər birimiz üçün ayrı-ayrılıqda və cəmiyyətimiz üçün bütövlükdə olduqca çətin dövrdə ölkəmizdə baş verən hadisələrə münasibətimizi əks etdirərək dövri mətbuatda dərc olunan və sosial mediada yayımlanan düşüncələrimizi cəmləşdirmək istəyimizlə üst-üstə düşdü... Və “Gündəmin gündəliyi” adlı toplunun ərsəyə gəlməsinə nail olduq. Kitab son bir il ərzində qələmə aldığım publisistik yazılardan, İctimai Birliyin 7 illik fəaliyyətini əks etdirən “Gündəlikdən sətirlər”, həmkarlarımızın və təəssübkeşlərimizin təşkilat barədə fikirlərini bir araya gətirən “ATD İB haqqında” bölmələrdən ibarətdir. Cəmiyyətimiz üçün dəyərli olan yaşlı nəslin təmsilçilərini qorumaq, onlara həssas yanaşmaq, diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Həm vətəndaşlıq, həm də övladlıq borcu. 7 yaşlı İctimai Birliyə rəhbərlik edən övladın fəaliyyəti haqqında nəvəsinin tərtib etdiyi bu kitab həm də 74 yaşlı atama doğum günü ərəfəsində kiçik bir hədiyyədir. Onun timsalında bütün ahıllara uzun ömür, xoş əhval və həyat eşqi arzulayır, dərin hörmət və ehtiramımı bildirirəm.” Вернуться назад |