Главная > Cəmiyyət > İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 84 nəfər tutulub
İstirahət günlərində cinayət törətməkdə şübhəli bilinən 84 nəfər tutulub24-05-2021, 15:46. Разместил: azadses |
![]() Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 92 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğu üçün ümumilikdə 34 nəfər, o cümlədən borclu qismində olan axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 55, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb. Вернуться назад |