Главная > Cəmiyyət / Manset > Daşkəsəndə qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunub

Daşkəsəndə qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunub


23-05-2021, 08:26. Разместил: azadses
Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.


Вернуться назад