Главная > Cəmiyyət / Manset > Bakıda itkin düşən qızın anası danışdı: “Onu kimsə aldadıb aparıb”

Bakıda itkin düşən qızın anası danışdı: “Onu kimsə aldadıb aparıb”


22-05-2021, 13:30. Разместил: azadses
Bakıda 17 yaşlı qız itkin düşüb.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Bakının Səbail rayonu, Bayıl qəsəbə sakini, 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı mayın 20-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

L.Əliyevanın anası Rəisə Əliyevə Oxu.Az-a açıqlamasında bildirib ki, qızı evdən çıxarkən onu görməyib:

“Səhər gördüm ki, qızım qapını açıq qoyub gedib. Ona zəng edən zaman “Məni narahat etməyin, gəlməyəcəyəm”, - deyə bildirdi”.

Qızın anası iddia edir ki, onu kimsə aldadaraq aparıb.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinə müraciət edilib.

Leyla Əliyevanı görən şəxslərdən 055 812 19 01 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

İlhamə Əbülfət


Вернуться назад