Главная > Cəmiyyət / Manset > Vəkillər Kollegiyasından qazi ailəsinə qarşı hörmətsizlik davam edir, deputat da qarşısını ala bilmir
Vəkillər Kollegiyasından qazi ailəsinə qarşı hörmətsizlik davam edir, deputat da qarşısını ala bilmir20-05-2021, 11:27. Разместил: azadses |
Ötən buraxılışlarımızda “Hüquq Bürosu” MMC-nin rəhbəri, hüquqi xidmət üzrə sahibkarlıq fəaliyyətiylə məşğul olan Alıyeva Arzu İdayət qızına Vəkillər Kollegiyasından edilən qərəzli münasibətlə bağlı məlumat vermişdik. Arzu xanım hesab edir ki, ona qarşı edilən qərəzli münasibət səbəbindən Vəkillər Kollegiyasına üzv ola bilməyib. Şifahi test imtahalarından 90 bal topladığını deyən Arzu Alıyevanın sözlərinə görə, 30 ilə yaxındır hüquqşünas kimi fəaliyyət göstərir. O, Qarabağ müharibəsi əlilinin həyat yoldaşı kimi pozulmuş hüquqlarımın bərpa edilməsi üçün Prezident İlham Əliyevə müraciət edib. Məsələylə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovun münasibətini öyrənməyə çalışsaq da bu mümkün olmamışdı. Buna baxmayaraq, Kollegiyanın İxtisas Komissiyasının katibi, İnsan Resursları şöbəsinin müdiri Orxan Babayev “Hürriyyət”in əməkdaşının ünvanladığı sualları cavablandırmışdı. Növbəti günlərdə davamlı etdiyimiz zənglərdən sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovla əlaqə yaradıb, suallarımıza cavab ala bildik: “Mənim adımı bu məsələdə hallandırmayın. İmtahan qəbul edən şəxs deyiləm. Mənim o xanıma qarşı nə qərəzim ola bilər?! Yüzlərlə adam imtahan verir. Kəsilən də ola bilər. Arzu Alıyeva kollegiyadan xaric edilən zaman sədr mən deyildim. Onu heç tanımamışam". Qazi ailəsinə laqeyd münasibət göstərən Anar Bağırovla bağlı sosial şəbəkədə bir qədər araşdırma apardıq. Belə ki, o Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olmamışdan hələ xeyli əvvəl vəkillər arasında da, mediada da bu posta onun gətiriləcəyi barədə məlumatlar yayılmışdı. Bu barədə əsas amil kimi, onun ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovla dostluğu, nazir oğlunun işçisi olması vurğulanırdı. A.Bağırovun işlədiyi “Bakı Hüquq Mərkəzi” MMC-nin rəhbəri Fariz Məmmədovdur. O, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olandan sonra ictimai-siyasi fəalların müdafiəsində iştirak edən xeyli vəkil cəzalandırılıb. Məsələn, müvəkkilinə - Nardaran məhbusu Abbas Hüseynova həbsxanada işgəncə verilməsi barədə mediaya danışdığına görə vəkil Yalçın İmanovun kollegiyadan kənarlaşdırılmasında xüsusi rolu olanlardan biri də Anar Bağırov idi. O dövrdə Bağırov hələ Rəyasət Heyətinin üzvü idi. Qərəzli şəkildə kollegiyadan uzaqlaşdırılan hüquqşünas Arzu Alıyeva deyir ki, 2017-ci ildən nümayədlik inistutu ləğv edildikdən sonra, bir sıra sahibkarlıq fəaliyyətiylə məşğul olan hüquqşünaslar ofislərini bağlamaq məcburiyyətində qaldı. Görünür ki, dəyişiklikdən sonra vəkillərin üzərinə yük düşüb və onlar Kollegiyadan asılı olub. Bu da onların müstəqilliyinə və obyektivliyinə təsir edib. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər ilk dəfə 2017-ci il oktyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən təklif edilib. Müzakirə vaxtı, bir neçə millət vəkili dəyişikliklərin əlehinə çıxış edərək təklifin ölkədə vəkil çatışmazlığı və fəaliyyət göstərən qanuni nümayəndələrin narazılığına səbəb olacağını demişdilər. Elə də oldu. Hazırda 10 milyonluq əhalinin 2000-ə yaxın üzvü olan Vəkillər Kollegiyası fəaliyyət göstərir. O Vəkillər Kollegiyası ki, obyektiv olmayan və qərəzli fəaliyyətiylə gündəmə gəlib. Hüquqşünas Arzu Alıyeva məsələylə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə də məktub ünvanlayıb. Lakin, bir müddətdir ki, verdiyi təkliflərə heç bir cavab verilmədiyini deyir: "Əvvəl hüquqşünas nümayəndə kimi məhkəməyə çıxırdı. Yəni hüquqşünaslıq diplomu adi hüquqşünasdada olurdu, kollegiyanın üzvü olan vəkildə də...Onların hər ikisinin müdafiə etmək hüququ olurdu. Lakin, 2017-ci ildə nümayəndəlik ləğv edildi. Nümayəndəlik ləğv edildikdən sonra sahibkar kimi faəliyyət göstərə bilmədim. Məhkəməyə çıxa bilmədiyimizə görə, fəaliyyətimiz də dayanıb. Qeyd edilir ki, nümayəndələr qeyri-peşəkar müdafiə edirlər. Bəli, nümayəndələr qeyri-peşəkar müdafiə edirdilər. Çünki, nümayəndəliyə istənilən adam çıxa bilirdi. Belə desək, qurunun oduna, yaşı da yandı. Digər tərəfdən isə, Vəkillər Kollegiyasının üzvü olan vəkil bütün cinayət işləriylə bağlı məhkəmələrə çıxmalıdır. Nümayəndəliyinin fərqi bundadır ki, biz öz hüquq sahəmiz üzrə ixtisadlaşa bilirdik. Biri mənzil, digər əmək və s. sahələrdə ixtisadlaşma gedirdi. Yəni nümayəndlikdə məcburiyyət yox idi. Sahibkar hüquqşünas öz sahəsi üzrə məhkəmələrə çıxırdı. Eyni zamanda, hüquqşünaslıq üzrə sahibkarlıq da inkişaf edirdi. 2017-ci ildə nümayəndəlik ləğv edildikdən sonra əksər sahibkarlar ofislərini bağlamaq məcburiyyətində qaldı. Məsələnin həlli üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə məktub ünvanlmışam. Təklif etmişəm ki, ya nümayəndlik bərpa olunsun, ya da lisenziya qaydası tətbiq edilsin. Yəni, istənilən hüquqşünas Ədliyyə nazirliyinə müraciət edib, dövlət rüsumunu ödəməklə vəkillik fəaliyyətiylə məşğul olurdu. Əgər, hüquqşünas vəkillik fəaliyyətində qanunsuzluq edərdisə, lisensizyası ləğv edilərdi. Bu hüquqşünasların tam qayda-qanunlu fəaliyyət forması idi. Nümayəndilkdən sonra hüquqşünasların Vəkillər Kollegiyasına imtahan üsulu tətbiq edildi. Qeyd edək ki, 10 milyonluq əhalinin bir Vəkillər Kollegiyası var. Kollegiyanın isə 2000-ə yaxın üzvü var. Əgər kollegiya varsa, ona alternativ qurumlar da olmalıdır. Ən azı əlavə üç kollegiya olmalıdır ki, seçim olsun. Bir Vəkillər Kollegiyası olduğu üçün, məcbursan ki, sənə qarşı qərəz də göstərilsə belə ora üzv olasan...Sahibkar hüquqşünas kollegiyanın üzvü olursa, aldığı qazancdan həm vergilərə, həm də Vəkillər Kollegiyasına ödəniş etsin". O Vəkillər Kollegiyasının sədri Anar Bağırovun ötən buraxılışda onu şər-böhtançı adlandırdığına görə məhkəməyə verəcəyini vurğulayıb: "Anar Bağırov müraciətlərimə heç bir reaksiya verməyib. Əksinə olaraq məni şər-böhtançı adlandırıb. Bununla bağlı məhkəməyə də müraciət edəcəm. Anar Bağırov nəyinki hüquqşünasa, qazi ailəsinə belə hörmət qoymur. Mənim evimdə əlil var. İki tələbə böyüdürəm. Ailədə tək qazanc gətirə bilən mənəm. Bütün bunlara baxmayaraq, nəzərə alınmır. Bir ildə yüksək balla iki dəfə imtahan vermişəm". Arzu Alıyeva Vəkillər Kollegiyasında ona göstərilən qərəz səbəbindən, sahibkarlıq fəaliyyətinə də mənfi təsirlərinin olduğunu vurğulayıb. O, məsələylə bağlı Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişiliyə də müraciət ünvanlayıb. Ötən buraxılışımzda Tahir Mirkişili "Hürriyyət"ə açıqlamasında bildirmişdi ki, məsələdən xəbərdardır və hazırda araşdırma aparılır: “Bununla bağlı bizə də məktub daxil olub. Hazırda araşdırma aparırıq. Çünki, Kollegiyayla bağlı məsələ bizim Komitənin mövzusu deyil. Bizdə iqtisadi-siyasət komitəsidir. Amma, buna baxmayaraq araşdırma aparırıq”. Bildiyiniz kimi Milli Məcslisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi dövlətin iqtisadi siyasətinin, sənaye və sahibkarlıq fəaliyyəti sahəsində siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin təsdiq edilməsi və icrası ilə bağlı qanun və qərar layihələri üzrə aparıcı komitədir. Təəssüf ki, komitə sədrliyini icra edən Tahir Mirkişili isə ölkədə sahibkarlıq fəaliyyətiylə məşğul olan şəxsin verdiyi təkliflərə etinasız yanaşır. Görünür ki, Azərbaycan Vəkillər Kollegiyasının özündə islahatlar aparılmalıdır. Çünki, Vətən uğrunda döyüşmüş qazinin həyat yoldaşının hüquqlarını pozan və ona qərəz göstərən Kollegiya üçün bu kimi amillər önəmli deyil. Вернуться назад |