Главная > Cəmiyyət > Fidan Quliyeva -Mübariz Mənsimovun xəstəxanaya yerləşdirilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Fidan Quliyeva -Mübariz Mənsimovun xəstəxanaya yerləşdirilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.


14-04-2020, 13:04. Разместил: azadses
Mübariz Mənsimov keçirdiyi sonuncu cərrahiyyə əməliyyatından sonra yarası iltihab bağlayıb. Bu onun həbsxada vaxtında və düzgün müalicə almamasının, həmçinin sağlamlığının bərpası məqsədi ilə lazımi tədbirlərin görülməməsinin nəticəsidir. Məlumatı Mübariz Məmsimovun hüquqlarını müdafiə edən vəkillər verib. Onlar bildirib ki, Mənsimovun xəstəxanaya yerləşdirilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir. Bununla belə, vəkillər bütün mümkün hüquqi vasitələrdən istifadə edirlər. Məlum olduğu kimi, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmadan əvvəl Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirmişdi. Bundan sonra Mənsimovun müalicə və əməliyyat yerinin sağalması üçün bir sıra tibbi prosedurlar qəbul etməsi labüd idi. Həbsxanadaki şərait isə, müalicə üçün uyğun deyil. Əməliyyatdan sonra Mübariz Mənsimovun səhhəti dərman və müalicə almadığı üçün daha da pisləşməyə doğru gedir. Bununla əlaqədar vəkillər bütün aidiyyəti instansiyalara yazılı etirazlar bildirir, Mübariz Mənsimovun vaxtında və düzgün müalicəsinin həyata keçirilməsi və sağlamlığının bərpa edilməsi üçün bütün lazımı ünvanlara zəruri məlumatlar verirlər. Vəkillərin verdikləri xəbərə əsasən, hazırda Mübariz bəy saxlanılıb və ona qarşı irəli sürülən ittihamlar üzrə araşdırmalar devam edir. Vəkillər tərəfindən zəruri sənədlər və appellyasiya etirazları Türkiyənin ədliyyə orqanlarına təqdim edilib.

Fidan Quliyeva
Вернуться назад