Главная > Cəmiyyət / Manset > Bakı-Qəbələ qatarı üçün biletlərin qiymətləri yaxın vaxtlarda açıqlanacaq

Bakı-Qəbələ qatarı üçün biletlərin qiymətləri yaxın vaxtlarda açıqlanacaq


18-05-2021, 16:00. Разместил: azadses
Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.

Bu barədə Oxu.Az-a “Azərbaycanda Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.

O qeyd edib ki, qatar istifadəyə tam hazırdır:

“Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib”.

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat verəcəyini bildirib.

“Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytınızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik”.

Könül Cəfərli


Вернуться назад