Главная > Cəmiyyət > Bakıda avtomobil piyadanı vurub
Bakıda avtomobil piyadanı vurub12-05-2021, 18:00. Разместил: azadses |
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Loğmanov Rəhman Loğman oğlu yolu keçərkən onu “VAZ 21099” markalı nəqliyyat vasitəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Вернуться назад |