Главная > Cəmiyyət > Bakıda 21 yaşlı gənc qızı avtomobil vurdu
Bakıda 21 yaşlı gənc qızı avtomobil vurdu7-05-2021, 16:00. Разместил: azadses |
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Heydər Əliyev adına Sarayın yaxınlığında 2000-ci il təvəllüdlü Qarayeva Aysel Elşən qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Вернуться назад |